Xəzər Xəbər

“Qremmi” mükafatında yeniliklər

Mədəniyyət | 13:39 • 29 İyun 2018
“Qremmi” mükafatında yeniliklər

Musiqi dünyasının nüfuzlu "Qremmi” mükafatında xeyli yenilik olacaq.


AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, 2019-cu ildə keçiriləcək 61-ci "Qremmi” mükafatının dörd kateqoriyasına namizədlərin sayı beşdən səkkizə artırılıb.


Qadın sənət adamlarına daha az mükafat verildiyi iddia edilərək tənqid olunan "Qremmi”yə bundan sonra daha çox qadının namizəd ola biləcəyi düşünülür. Mükafatda dəyişiklik "Ən yaxşı albom”, "Ən yaxşı səs yazısı”, "İlin mahnısı” və "Ən yaxşı musiqiçi” kateqoriyalarını əhatə edəcək.

Xəbər lenti