Xəzər Xəbər

Məryəm Ələkbərlinin əsərləri Luvr muzeyində “Art Shopping” sərgisində - FOTO

Mədəniyyət | 10:41 • 26 May 2018
Məryəm Ələkbərlinin əsərləri Luvr muzeyində “Art Shopping” sərgisində -

Luvr muzeyinin Karusel salonunda XXI "Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi açılıb. Bu il sərgidə 15 ölkədən 450 rəssamın 1750 əsəri nümayiş olunur.


AZƏRTAC xəbər verir ki, ölkəmiz Əsmər Nərimanbəyova, Məryəm Ələkbərli, Cəmilə Sultan, Leyla Məlikli, Fidan Əliyeva, Fatma Məmmədova, Lalə Ağayeva, Aydan Hüseynli kimi rəssamlarla təmsil olunur.


Əməkdar Rəssam Əsmər Nərimanbəyova sərgidə nümayiş olunan əsərlərində miniatür formadan istifadə edib. Onun əsərləri milli elementlərlə zəngindir və ekspressionist janrdadır. Rəssam ailəsində dünyaya göz açmış Əsmər Nərimanbəyova rənglər dünyasında böyüyüb və ailədəki yaradıcı mühit onun əsərlərinə təsirsiz ötüşməyib. Əməkdar Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib.


İstedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin Karusel salonunda nümayişi ənənəyə çevrilib. Onun əsərləri altıncı ildir Luvr muzeyinin Karusel sərgi salonunda sənətsevərlərin qəlbini fəth edir. Məryəmin rənglər dünyası onun seçimini, dünyaya baxışını, təbiətsevərliyini, insanlara münasibətini, mövzu axtarışını duymağa imkan verir. Gənc rəssam daxili aləmini məharətlə ağ kətan üzərinə köçürür, hər birimizi sehrli aləminin seyrçisinə çevirərək, onu bizimlə bölüşür.


Qeyd edək ki, Məryəmin əsərləri məşhur fransız aktyoru Jerar Depardyeni yenidən ovsunlayıb. Bu dəfə J.Depardye kolleksiyasını rəssamın 6 əsəri ilə daha da zənginləşdirib. Fransız aktyorun kolleksiyasında gənc rəssamın ümumilikdə 7 əsəri yer alıb.

Xəbər lenti

Çox oxunanlar