Xəzər Xəbər

Qeyri-adi muzey açıldı - “Sınmış ürəklər”

Mədəniyyət | 16:59 • 9 İyun 2016
Qeyri-adi muzey açıldı - “Sınmış ürəklər”

ABŞ-ın Los-Anceles şəhərində “Sınmış ürəklər” adlı muzey fəaliyyətə başlayıb.

Sözügedən muzey Xorvatiyanın Zaqreb şəhərində fəaliyyət göstərən “Bitmiş münasibətlər muzeyi”nin filialıdır.

Muzeydə real cütlüklərin bitmiş münasibətlərini simvolizə edən 100-dən çox əşya sərgilənir. Onların arasında sevgi məktublarından zinət əşyaları və gəlinlik geyimlərinədək müxtəlif eksponatlara rast gəlmək olar. Hər bir eksponat könüllü və anonim ianələrlə toplanıb və sahibinin real həyat hekayəsi ilə müşayiət olunur. Muzeydə bildiriblər ki, indi də vətəndaşların xatirə əşyalarını qəbul etməyə hazırdırlar, ancaq müəyyən məhdudiyyətlər var. Əşyalar kiməsə qarşı təhqiredici və diskriminasiya xarakteri daşımamalıdır.

Qeyd edək ki, Zaqrebdə fəaliyyət göstərən “Bitmiş münasibətlər muzeyi” 2006-cı ildə münasibətlərinə son qoymaq qərarına gəlmiş Olinka Vişnitsa və Drajen Qrubişiç tərəfindən təsis olunub. Qeyri-adi muzey 2011-ci ildə “İlin Avropa muzeyi” mükafatına layiq görülüb. (buro247.az)

Xəbər lenti