Xəzər Xəbər

Kino İnkişaf Mərkəzi yaradılıb

Mədəniyyət | 18:05 • 30 Aprel 2018
Kino İnkişaf Mərkəzi yaradılıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin müvafiq əmrinə əsasən Kino İnkişaf Mərkəzi yaradılıb.


İdarədən AZƏRTAC-a bildirilib ki, yeni yaranan qurum Bakı şəhər və ətraf qəsəbələrdə mədəniyyət müəssisələrində yeni kinoteatrların yaradılması və onların işinin təkmilləşdirilməsi ilə məşğul olacaq.


Mərkəz Azərbaycan mədəniyyətini və incəsənətini daha geniş kütləyə çatdırmaq, həm də bu sahədə çalışan insanların yaradıcılıq potensialının üzə çıxarılmasına köməklik göstərmək, kinoteatrlarda insanların xarici və yerli, Azərbaycan reallıqlarını əks etdirən, milli qəhrəmanların həyatından bəhs edən, vətənpərvərlik mövzusunda olan kinofilmlərə marağını artırmaq məqsədilə yaradılıb.


Yeni mərkəzdə müasir filmlərin premyeraları, nümayişlər, müzakirələr, diskussiyalar, yaradıcı insanlarla, aktyor və rejissorlarla görüşlərin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti