Xəzər Xəbər

Fırça ustaları öz əsərlərini açıq səma altında yaradacaq

Mədəniyyət | 14:27 • 28 Aprel 2018
Fırça ustaları öz əsərlərini açıq səma altında yaradacaq

Aprelin 29-da "Art Villa” qalereyasında "Açıq səma altında plener-18” keçiriləcək. Gənclər Şəbəkəsinin təşəbbüsü, Mədəniyyət Nazirliyi və Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) dəstəyi ilə təşkil olunan plener "Azərbayacanım” adı altında gerçəkləşəcək.


Bu barədə AZƏRTAC-a "Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.


"Tədbir çərçivəsində çoxsaylı rəssamın iştirakı ilə müxtəlif janrlı rəsm əsərləri açıq səma altında təbii şəraitdə yaradılacaq. Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcəklər. Plener sənətkarların təkmilləşdirilməsi, istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır”,- deyə D. Məmmədov bildirib.

Xəbər lenti