Xəzər Xəbər

Bakıda Rəşid Behbudovun heykəli ucaldıldı - FOTO

Mədəniyyət | 18:13 • 11 İyun 2016
Bakıda Rəşid Behbudovun heykəli ucaldıldı - FOTO

Bakıda məşhur müğənni, SSRİ xalq artisti Rəşid Behbudovun heykəli ucaldılıb.

"Xəzər Xəbər"in məlumatına görə, abidə sənətkarın öz adını daşıyan Dövlət Mahnı Teatrının qarşısında qoyulub.

Abidənin açılış mərasiminin sentyabrda keçiriləcəyi bildirilir.

Qeyd edək ki, heykəlin müəllifi Azərbaycanın xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir.

Xəbər lenti