Xəzər Xəbər

“Məhəbbət əfsanəsi” baleti Başqırdıstan Opera və Balet Teatrında nümayiş etdiriləcək

Mədəniyyət | 14:07 • 25 Mart 2018
“Məhəbbət əfsanəsi” baleti Başqırdıstan Opera və Balet Teatrında nümayiş etdiriləcək

Aprelin 1-də Rusiya Federasiyası Başqırdıstan Dövlət Opera və Balet Teatrında görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək.


AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərinin quruluşçu dirijoru Başqırdıstanın Əməkdar İncəsənət Xadimi German Kimdir.


"Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) olub. Səhnə əsərinin musiqisi, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin dramaturgiyasındadır.


"Məhəbbət əfsanəsi” Başqırdıstan Opera və Balet Teatrında ilk dəfə 2016-cı il oktyabrın 29-da nümayiş etdirilib.

Xəbər lenti