Xəzər Xəbər

Türkiyədə “Azərbaycanın məhəbbət mahnıları” albomu işıq üzü görüb

Mədəniyyət | 14:18 • 22 Mart 2018
Türkiyədə “Azərbaycanın məhəbbət mahnıları” albomu işıq üzü görüb

Türkiyədə "Azərbaycanın məhəbbət mahnıları” adlı musiqi albomu buraxılıb.


Xezerxeber.az "Milliyet” qəzetinə istinadla xəbər verir ki, satışa çıxarılmış albom "Ahenk müzik” firması tərəfindən hazırlanıb. İstanbulun Mərmərə Universitetinin musiqi fakültəsinin məzunu Utku Barış Andaç və İstanbul Texniki Universitetini səsyazma və studiya texnologiyaları ixtisası üzrə bitirmiş Ozan Sarıboğanın tərtib etdikləri iyirmi mahnının instrumental ifasından ibarət alboma Azərbaycanın görkəmli bəstəkarları Tofiq Quliyevin "Qəmgin mahnı”, "Sənə də qalmaz”, Rauf Hacıyevin "Nazəndə sevgilim”, Cahangir Cahangirovun "Ay qız” və digər əsərlər, həmçinin xalq mahnıları daxil edilib.


Mahnıların instrumental ifaçıları da Utku Barış Andaç (skripka) və Ozan Sarıboğandır (fortepiano).


Albomun tərtibçiləri mətbuata müsahibələrində bildiriblər ki, onların məqsədi qardaş Azərbaycanın Türkiyədə tanınmayan musiqi nümunələrini təbliğ etmək və bəzən anonim mahnılar kimi təqdim olunan əsərlərin müəlliflərini üzə çıxarmaqdır.

Xəbər lenti