Xəzər Xəbər

Almaniya muzeylərində Azərbaycana aid tarixi silahlar aşkarlanıb

Mədəniyyət | 14:51 • 20 İyun 2016
Almaniya muzeylərində Azərbaycana aid tarixi silahlar aşkarlanıb

Almaniya muzeylərində Azərbaycana aid tarixi silahların olduğu müəyyənləşdirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyindən "Xəzər Xəbər"ə bildiriblər ki, bu qurumun Almaniyada tədqiqat aparmış əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov Almaniya Milli Tarixi Muzeyində, İslam Mədəniyyəti Muzeyində (Berlin şəhəri), Drezden muzeyinin Türk Qalereyasında (Drezden şəhəri) orta əsr Azərbaycan dövlətlərinə aid silahların olduğunu aşkara çıxarıb.

Tədqiq edilən silahlar sırasında müdafiə (at yarağı, dəbilqə, “cövşən” yarağı) və hücum (qılınc, yay-ox, döyüş baltası) silahlarının Ağqoyunlu və Səfəvilər dövlətlərinin ilk dövrünə aid olduğu müəyyənləşdirilib. Toplanmış materiallar əsasında tədqiqatlar davam etdirilir.

Xəbər lenti