Xəzər Xəbər

Sona Vəliyevanın “İşığa gedən yol” romanı çap olunub

Mədəniyyət | 18:55 • 20 İyun 2016
Sona Vəliyevanın “İşığa gedən yol” romanı çap olunub

Yazıçı Sona Vəliyevanın “İşığa gedən yol” romanı çap olunub.

"Xəzər Xəbər"in məlumatına görə, görkəmli ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığından, maarifçilik yolundan bəhs edən roman bir şəxsin timsalında xalqın mədəniyyət, ədəbiyyat, ziyalılıq tarixinə işıq salır.

XIX-XX əsrlərdə cərəyan edən hadisələr təkcə dövrünün reallıqlarını deyil, həm də sonrakı onilliklərdə ziyalılıq tariximizin bizi müstəqillik tariximizə qovuşdurduğunu ifadə edir.

Əsərdə Azərbaycan tarixinin ziddiyyətli dövrü – Rus imperiyasının tərkibindəki illər əks olunub.

Tarixi faktlarla zəngin olan iki hissəli roman tarixə ekskurs, iç dialoqların dərinliyi ilə diqqət çəkir. Romanda işıqlandırılan hadisələr oxucuya sadə, bədii dillə təqdim olunur.

Kitabın redaktoru Fərid Hüseyndir. 

Xəbər lenti