Xəzər Xəbər

Buz parçası üzərində konsert

Mədəniyyət | 12:54 • 22 İyun 2016
Buz parçası üzərində konsert

İtaliyalı bəstəkar Lyudoviko Eynaudi Şimal Buzlu Okeanda süni buz parçasının üzərində konsert proqramı ilə çıxış edib.

Dünya şöhrətli bəstəkarın bu konserti “Arktikanı müdafiə edək” (Greenpeace) layihəsinə dəstək məqsədilə reallaşıb. Belə ki, “Arktika üçün elegiya” musiqi əsəri ilə çıxış edən pianoçu bəstəkarın fərdi konserti Norveçin şimalındakı “Şpitsbergen” arxipelağında baş tutub.

Qeyd edək ki, “Greenpeace” təşkilatı insanları Arktikada neft və balıq hasilatına son qoymağa və Şimal qütbü ətrafındakı beynəlxalq suları qoruq elan etməyə çağırır. (buro247.az)

Xəbər lenti