Xəzər Xəbər

Azərbaycanda birinci beynəlxalq dolma festivalı keçiriləcək

Mədəniyyət | 12:51 • 23 İyun 2016
Azərbaycanda birinci beynəlxalq dolma festivalı keçiriləcək

İyulun 1-də Mədəniyyət və Turizm Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə birinci beynəlxalq dolma festivalı keçiriləcək.

AMKA-dan  bildirilib ki, festivalda bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300 növ dolma yeməkləri sərgilənəcək.

Həmçinin, festivalda Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslar tərəfindən hər ölkənin ənənəsinə uyğun hazırlanan xörəklər nümayiş olunacaq.

Xəbər lenti