Xəzər Xəbər

Azərbaycanda yeni muzey yaradıldı

Mədəniyyət | 11:45 • 14 Yanvar 2018
Azərbaycanda yeni muzey yaradıldı

Azərbaycan Tibb Universitetində unikal Anatomiya Muzeyi yaradılıb.

Universitetdən Trend-ə verilən məlumata görə, muzeyin açılışı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi münasibətilə ATU-nun İnsan anatomiyası kafedrası tərəfindən təşkil olunub. Bu kafedranın yaranma tarixi məhz Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

ATU-nun insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski ilk belə muzeyin hələ Hippokratın zamanında yaradıldığını söyləyib.

Xəbər lenti