Xəzər Xəbər

2017-ci ilin ən qorxulu filmləri - SİYAHI

Mədəniyyət | 13:02 • 11 Dekabr 2017
2017-ci ilin ən qorxulu filmləri -

ABŞ-ın "Rolling Stone” jurnalı 2017-ci ilin 10 ən yaxşı qorxu filminin siyahısını müəyyənləşdirib.

Siyahıda birinci yerdə fransalı rejissor Culiya Dükornonun müəllifi olduğu "Çiy” filmi qərarlaşıb.

İkinci yeri "Uzaqlaş” (ABŞ) filmi, üçüncü yeri isə "Sevgi tazıları” (Avstraliya) filmi tutub.

İlk onluğa həmçinin, "Ölümcül torpaq”, "Fevral”, "Split”, "O, gecə gəlir”, "Ölüm hədiyyələri”, "Çox qaranlıq vaxtlar” və "Ana!” filmləri daxil olub. (Trend)

Xəbər lenti