Xəzər Xəbər

Misirdə ev tikirdilər, ehram tapdılar

Mədəniyyət | 13:43 • 17 Noyabr 2017
Misirdə ev tikirdilər, ehram tapdılar

Misirin paytaxtı Qahirə yaxınlığında yaşayış evinin tikintisi zamanı qədim Misir ehramının qalıqları aşkar edilib.

Trend-in məlumatına görə, ehramın qalıqları Kalyubiyə vilayətində aşkar olunub.

Məlumata görə, fəhlələr qazıntı apararkən yerin altından heroqliflərin və tanrıların təsviri olan divar qalıqlar tapılıb.

Mütəxəssislər hesab edirlər ki, burada tək bir ehram yox, qədim şəhərin qalıqları ola bilər. Hazırda həmin ərazi nəzarətə götürülüb və arxeoloji tədqiqata cəlb olunub.

Xəbər lenti