Xəzər Xəbər

“Alibaba”nın sahibi filmə çəkilir

Mədəniyyət | 16:57 • 2 Noyabr 2017
“Alibaba”nın sahibi filmə çəkilir

Çinin internet ticarət nəhəngi "Alibaba Group”un sahibi Cək Ma məşhur aktyor Sammo Xun ilə birgə kunq fu filminə çəkilir.


AZƏRTAC Çin mətbuatına istinadla xəbər verir ki, məlumatı Cək Ma təsdiqləyib. "Mühafizə və müdafiə sənəti” mənası verən "Gong Shou Dao” adlı 20 dəqiqəlik film gələn həftə təqdim olunacaq. Hələlik filmin süjet xətti barədə məlumat verilmir.


Filmin icraçı direktoru Cet Li bildirib ki, ekran əsərində tanınmış aktyorlardan Cet Li, boks ulduzu Cou Şimin, keçmiş sumo çempionu Asaşoryu Akinori (Monqolustan) da çəkilir.


Qeyd edək ki, Çinin ən zəngin iş adamlarından olan "Alibaba Group”un sahibi və icraçı direktoru Cək Ma ənənəvi şərq döyüş sənətlərinə, xüsusən kunq fu və tay çiyə böyük maraq göstərir.

Xəbər lenti