Xəzər Xəbər

Amerikalı alim Naxçıvanda və Ağrı dağında olan Nuhun gəmisinin İZİNƏ DÜŞDÜ

Mədəniyyət | 14:37 • 26 Oktyabr 2017
Amerikalı alim Naxçıvanda və Ağrı dağında olan
Amerikalı elm adamı professor Raul Esprante Nuh tufanının meydana gəldiyi əraziləri araşdırmaq üçün Türkiyənin Ağrı bölgəsinə gəlib.

Espraneti Ağrı dağında Nuh tufanının izlərinin olduğunu düşünür.

"Nuhun gəmisinin izinin olduğu Ağrı dağının ətəyindəki bölgədə araşdırma aparacam. Mənim fəaliyyət istiqamətim dünyadakı böyük fəlakətləri araşdırmaqdır. Nuh tufanı zamanı Ağrı dağında baş verənləri öyrənmək istəyirəm”, - deyə o bildirib.

İstanbul Universitetinin professoru Oktay Belli bildirib ki, Nuh tufanı əfsanə yox, gerçəkdir: "Bütün müqəddəs kitablarda bu haqda danışılır. Biz buna böyük hörmət edirik. İstər Cudi dağı, istər Ağrı dağı, istərsə də Naxçıvanda türklər bu hadisəyə inanırlar”.

Qeyd edək ki, Azərbaycanın Naxçıvan bölgəsi Nuhun gəmisinin tufan zamanı çıxdığı yerlərdən biri hesab olunur./publika.az

Xəbər lenti

Çox oxunanlar