Xəzər Xəbər

Moskvada Çingiz Aytmatovun abidəsi ucaldılacaq

Mədəniyyət | 14:27 • 21 Sentyabr 2017
Moskvada Çingiz Aytmatovun abidəsi ucaldılacaq

Moskvada dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsi qoyulacaq.


AZƏRTAC rus mətbuatına istinadla xəbər verir ki, Moskva Şəhər Duması bununla bağlı layihəni təsdiq edib. Abidə yazıçının Moskvanın Danilovsk rayonunda adını daşıyan bağda ucaldılacaq.


Qırğızıstan hökuməti abidənin hazırlanması ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.


Abidənin yazıçının anadan olmasının 100 illiyi münasibətilə ucaldılması nəzərdə tutulur.

Xəbər lenti