Xəzər Xəbər

Azərbaycanlı heykəltaraş Papanın portretini hazırlayıb - FOTO

Mədəniyyət | 11:06 • 15 İyul 2016
Azərbaycanlı heykəltaraş Papanın portretini hazırlayıb - FOTO

Roma Papasının portretinin hazırlanması azərbayanlı heykəltaraşa nəsib olub.

"Xəzər Xəbər"in məlumatına görə, azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərov Vatikan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Roma papası Fransiskin portretini hazırlayıb. Bunun üçün azərbaycanlı heykəltəraş Romaya dəvət edilib.

Xüsusi materialdan hazırlanan portret sonra Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyində Roma Papasının Mədəniyyət məsələləri üzrə nümayəndəsi Monsignor Sancez de Toca Alameyde tərəfindən yüksək qiymətləndirilib və o, bunu yüksək sənət incisi adlandırıb.

Azərbaycanlı heykəltəraş Zeyalabdin İsgəndərov Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyinə ona göstərilən bu diqqətə görə, təşəkkürünü bildirib.

Qeyd edək ki, portret artıq Müqəddəs Roma Papasına təqdim olunub və onun tərəfindən yüksək qiymətləndirilib.

Xəbər lenti