Xəzər Xəbər

Pianoçu Səidə Zülfüqarova Parisdə çıxış edəcək

Mədəniyyət | 13:59 • 16 İyul 2017
Pianoçu Səidə Zülfüqarova Parisdə çıxış edəcək

İyulun 19-da və 26-da Parisin Paul Rey Teatrında "Bütün istiqamətlərdə musiqilər” adlı konsert proqramı təqdim olunacaq.


AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, konsertdə Antonia Denavit (soprano), Antoine Desmard (violonçel) və Səidə Zülfüqarova (piano) çıxış edəcək. Bu barədə məlumat, həmçinin S.Zülfüqarovanın "facebook” səhifəsində yer alıb. Adları qeyd olunan musiqiçilərin iştirakı ilə "Bütün istiqamətlərdə musiqilər” adlı konsert proqramı iyulun 5-də və 12-də də keçirilib.


Konsertdə C. Kaççini G.Hendel, L.Betxoven, A.Rubinşteyn, P.Çaykovski , C.Gerşvin və digər korifey bəstəkarların əsərləri səsləndiriləcək.

Xəbər lenti