Xəzər Xəbər

Hərbi qərargah mədəniyyət müəssisəsi kimi fəaliyyət göstərəcək

Mədəniyyət | 14:09 • 20 İyul 2016
Hərbi qərargah mədəniyyət müəssisəsi kimi fəaliyyət göstərəcək

Türkiyənin İskilip rayonunda yerləşən, Osmanlı dövrünə aid olan əsgərlərin toplanma və nizam-intizam mərkəzi sayılan “Redif” qərargahı təhsil və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcək.

"Xəzər Xəbər" Anadolu Agentliyinə istinadən məlumat verir ki, 150 illik tarixi olan tikili Orta Qara dəniz İnkişaf Agentliyinin (OKA) dəstəyi ilə bərpa ediləcək.

XX əsrin əvvəllərində əsgərlərin toplanma, tərbiyə və sövq mərkəzi olaraq istifadə edilən qərargah uzun illərdir aparılan bərpa işlərindən sonra yaxın vaxtlarda istifadəyə veriləcək.

Qeyd edək ki, sözügedən bərpa işlərindən sonra mərkəzin turizm məkanı kimi də fəaliyyət göstərməsi nəzərdə tutulur.

Xəbər lenti