Amerikalı məşhur kinoaktrisa Merilin Monronun saçları hərracda satılacaq.
"Xəzər Xəbər" TASS agentliyinə istinadən məlumat verir ki, M.Monronun saçının bir hissəsi bu ilin payızında Los-Ancelesdə keçiriləcək hərracda satışa çıxarılacaq. İndiyə qədər Frida Hollun şəxsi kolleksiyasında ultrabənövşəyi şüa buraxmayan xüsusi qutuda saxlanılan saçların başlanğıc qiyməti 6-8 min dollardır.
Frida Holl uzun müddət Merilin Monronun saç ustası olub və bu saçları aktrisa özü ona hədiyyə edib.
Hərracdan əvvəl saç olan qutu "Kuin Meri-2" okean laynerinin göyərtəsində nümayiş olunacaq. Hərracın qalibinə saçların həqiqiliyini təsdiq edən sertifikat da təqdim ediləcək. Hərracda Monronun qiyməti 3-600 min dollar olan bir neçə libası da satışa çıxarılacaq.
Qeyd edək ki, amerikalı kino aktrisası, müğənni və model olan Merilin Monro 1950-1960-cı illərin əvvəllərində ən populyar kino ulduzlarından olub. Karyerasının sonlarına doğru nailiyyətləri daha da artıb. Cəmi 36 il ömür sürmüş Monro 1953-cü ildə çəkildiyi "Niaqara" filmi ilə məşhur olub.