Xəzər Xəbər

Hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

Mədəniyyət | 11:45 • 26 İyun 2017
Hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq
Silahlı Qüvvələr Günü bayramı münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:
- Dənizkənarı Milli Parkda (Azadlıq meydanın qarşısındakı fəvvarələrin önündə);
- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında;
- Fəvvarələr meydanında.

Xəbər lenti