Xəzər Xəbər

Yeni arxeoloji materiallar aşkarlanıb

Mədəniyyət | 18:03 • 31 May 2017
Yeni arxeoloji materiallar aşkarlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit - eneolit arxeoloji ekspedisiyasının apardığı arxeoloji qazıntı və tədqiqat işlərində iştirak edib.

Muzeydən xezerxeber.az-a bildiriblər ki, ekspedisiya tərəfindən Bərdə rayonunda - Yastıtəpə, Soğantəpə, Koramaltəpə, Piyadalartəpəsində, Xanərəb kəndi yaxınlığındakı Buruqtəpə abidəsində, həmçinin Tərtər rayonu ərazisində uğurlu arxeoloji qazıntı və tədqiqat işləri aparılıb. Burada divar qalığının və ocaq yerinin izləri, eləcə də saxsı küpün qalıqları aşkarlanıb. Radiokarbon analizləri üçün ayrı-ayrı dərinliklərdən sümük qalıqları götürülüb, qeydiyyat-ölçmə işləri həyata keçirilib.

Arxeoloji qazıntılar zamanı Azərbaycanın neolit-eneolit dövrü tarixinin öyrənilməsində faydalı ola biləcək yeni arxeoloji materiallar toplanılıb.

Xəbər lenti