Xəzər Xəbər

Avropa muzeyləri Suriyanın mədəni irsini xilas etməyə qoşulacaqlar

Mədəniyyət | 14:56 • 26 May 2017
Avropa muzeyləri Suriyanın mədəni irsini xilas etməyə qoşulacaqlar

Praqa Milli Muzeyi Suriyadakı tarixi abidələrin və artefktların xilas olunmasında və bərpasında iştirak edəcək. Tarix və mədəniyyət abidələrinin qorunub saxlanması və bərpası sahəsində əməkdaşlıq barədə sazişi Çexiya paytaxtındakı Milli Muzeyin baş direktoru Mixal Lukeş və Suriya Ərəb Respublikasının Muzeylər və Mədəni İrsin qorunması departamentinin rəhbəri Məmun Əbdülkərim imzalayıb.

Çexiyanın bu məsələyə köməyi Suriya ərazisində humanitar dəstək barədə 2016-cı ildə Çexiya hökuməti tərəfindən bəyənilmiş proqramın tərkib hissəsidir. Çexiya Yaxın Şərqdəki bu dövlətə tibbi ləvazimatlar da təqdim edir. (AZƏRTAC)

Xəbər lenti