Xəzər Xəbər

Xəstəxanaya yerləşdirilən əməkdar artist: "Həkimlər 3 gün dedi"

Mədəniyyət | 13:44 • 18 May 2017
Xəstəxanaya yerləşdirilən əməkdar artist:

Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən əməkdar artist Naibə Allahverdiyeva səhhətindən danışıb. Lent.az-a açıqlama verən aktrisa bildirib ki, artıq səhhəti normallaşır: "Mənə əsəbiləşmək olmaz. Əsəbdən xəstəxanaya düşdüm. Bir də təzyiq problemim var. İllərin yığılan stressi, gərginliyi məni çökdürdü. Həkimlər deyirlər ki, sağlamlığıma diqqət etməli, əsəbiləşməməliyəm. Həkimlər 3 gündən sonra xəstəxanadan evə buraxılacağımı dedilər. Evdə də bir neçə gün qaldıqdan sonra Günəşli Nevroloji Sanatoriyasında yatacam”.

Əməkdar artist sevgilisindən ayrıldığı və buna görə xəstəxanaya yerləşdirildiyi xəbərinə də münasibət bildirib: "Bunu kim deyir? Harda yazıblar? Belə bir şey yoxdur, yəni şəxsi həyatımda ayrılıq yoxdur”.

Xəbər lenti