Xəzər Xəbər

Məşhur aktyor kino karyerasını başa vurur

Mədəniyyət | 09:45 • 6 May 2017
Məşhur aktyor kino karyerasını başa vurur

Məşhur Fransa aktyoru Alen Delon bu ilin payızında kino karyerasını başa vuracağını bəyan edib.

Xezerxeber.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, aktyor sonuncu rolunurejissor Patris Lekontun filmində oynayacaq.

"Bu mənim son filmim olacaq. Mən artlq boksçu kimi lazım lüzumsuz döyüşlərdəiştirak etmək istəmirəm”, deyə A.Delon bildirib. Onun sözlərinə görə, məhəbbət əhvalatından bəhs edən filmdə onun partnyoru aktrisa Jülyet Binoş olacaq.

Qeyd edək ki, son dəfə kinoda A.Delon 2008-ci ildə, "Asteriks və Obelisk Olimpiya Oyunlarında” filmində çəkilib.

Xəbər lenti