Xəzər Xəbər

Ermənilərin Qarabağdan oğurlayıb ABŞ-a apardığı xalça Bakıda sərgilənəcək - FOTO

Mədəniyyət | 11:00 • 6 May 2017
Ermənilərin Qarabağdan oğurlayıb ABŞ-a apardığı xalça Bakıda sərgilənəcək -

Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Qarabağdan oğurlanıb ABŞ-a aparılan Azərbaycan xalçası Bakıda sərgilənəcək.

Xalçanı Los-Ancelesdə yaşayan həmyerlimiz Elşad Tahirov hərracların birindən alaraq Bakıya - "APA Holding”ə daxil olan Lent.az İnformasiya Agentliyinin əməkdaşı Vüsalə Məmmədovanın adına göndərib.

Virtual hərracda "Antik Ermənistan - Qarabağ xalçası” adı ilə satışa çıxarılan xalçanın üzərində kiril əlifbası ilə "Anasından yadigar ad günü hədiyyəsi” sözləri var.

Xalça Xalça Muzeyinə təqdim olunub və burada "Sahibini gözləyən Qarabağ - Los-Anceles xalçası” adı altında nümayiş olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl xalçanın sahibinin tapılması üçün ictimaiyyətə müraciət olunsa da, qeyri-maddi mədəni irsimizin sahibi hələ də tapılmayıb.

"Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovun sözlərinə görə, xalça Zəngilan xalçaçılıq məktəbinə məxsusdur və XX əsrin ortalarında toxunub.

Xəbər lenti