Xəzər Xəbər

Moskvada ən qədim yazı nümunələri tapılıb

Mədəniyyət | 16:08 • 3 Avqust 2016
Moskvada ən qədim yazı nümunələri tapılıb

Kreml ərazisində aparılan qazıntı işləri zamanı XII əsrin sonu XIII əsrin əvvəllərinə aid olan yazı nümunələri tapılıb.

AZƏRTAC www.archaeolog.ru saytına istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutundan verilən məlumata görə, yazı daş qəlibdə olan təxminən 15 hərfdən ibarətdir. Bu qəliblər metal əşyaların hazırlanması üçün istifadə olunub. Hərflərdən dördü "РИЯН" kimi oxunur, ümumilikdə isə yazını tam başa düşmək çətindir. Alimlərin fikrincə, qəlibi istifadə edən usta hərflərlə öz adını ora həkk etmək istəyib.

REA-nın Arxeologiya İnstitutunda qazıntı işlərinin nəticələrinin ilk dəfə olaraq erkən Moskvanın həyatını dəqiqliklə araşdırmağa kömək edəcəyini təxmin edirlər.

Xəbər lenti

Çox oxunanlar