Xəzər Xəbər

Makron, Melanşon, Le Pen, Fiyon: kvartetin solisti kimdir?

Mədəniyyət | 14:55 • 15 Aprel 2017
Makron, Melanşon, Le Pen, Fiyon:

Fransa prezidenti postuna namizədlər ictimai rəy sorğuları, seçicilərlə görüşlər və teledebatların ritmi ilə yaşayır.


AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, sosioloqların fikrincə, yaxın beş ildə Yelisey sarayına iddialıların iştirak etdiyi müzakirələrdən sonra Jan-Lyuk Melanşonun göstəriciləri xeyli yaxşılaşıb. Ultrasolçu siyasi spektri təmsil edən namizədin elektoral çəkisi artıb. Sorğuların nəticələri təcrübəli orator Melanşonun opponentlərinin səhvlərini öz xeyrinə dəyişə bildiyini göstərir.


Səsvermənin ilk turunun nəticələrinin mümkün podiumu belə görünür: mərkəzçi Makronun və ultrasağçıların namizədi Le Penin nəticələri təxminən bərabərdir. Onları liderlər duetindən cəmi 2 faiz geri qalan Melanşon izləyir. "Respublikaçılar” partiyasının namizədi Fransua Fiyon dördüncü pillədə qərarlaşıb. Beşinci yer isə hakim partiyanın namizədi Benua Amona məxsusdur.


Bu nəticə mətbuatın "Penelopaqeyt” adı alan silsilə məqalələrindən sonra son anda liderliyini itirən Fransua Fiyonu çətin ki, qane etsin. Fiyonu və həyat yoldaşını dövlət vəsaitinin israfında ittiham edirlər. Heç yerdə işləməyən Penelopa Fiyon çox illər ərzində deputat köməkçisi kimi məvacib alıb.


Sabiq baş nazir Manuel Vals da daxil olmaqla, Nazirlər kabinetinin hazırkı üzvləri seçkilərdə Emmanuel Makrona səs verəcəklərini açıq şəkildə bildiriblər.


Sosioloqların sözlərinə görə, Makron səsvermənin ilk turunda Le Penlə təxminən bərabər nəticə göstərsə də, ikinci turda qalib gələcək.


Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də, ikinci turu mayın 7-də keçiriləcək.

Xəbər lenti