Xəzər Xəbər

Qədim və müasir musiqi alətlərindən ibarət sərgi açılacaq

Mədəniyyət | 17:39 • 28 Fevral 2017
Qədim və müasir musiqi alətlərindən ibarət sərgi açılacaq
Martın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Milli Konservatoriyasının "Milli alətlərin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının elmi əsaslarla hazırladığı və təkmilləşdirdiyi musiqi alətlərinin sərgisi açılacaq. Sərgi çərçivəsində Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq. Elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov AZƏRTAC-a bildirib ki, sərgidə yaratdığı irili-xırdalı 100-ə yaxın qədim və müasir musiqi alətləri təqdim olunacaq. Tədbirdə tanınmış və gənc ifaçıların çıxışları dinləniləcək.

Xəbər lenti