Xəzər Xəbər

Əməkdar artist Özbəkistanın “Dostluq” ordeninə layiq görülüb - FOTO

Mədəniyyət | 13:59 • 25 Yanvar 2017
Əməkdar artist Özbəkistanın “Dostluq” ordeninə layiq görülüb - FOTO

Daşkənddə Beynəlmiləl Mədəniyyət Mərkəzinin (BMM) 25 illiyi ilə bağlı böyük bayram tədbiri keçirilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyayev salona toplaşanları və ölkədə yaşayan xalqları BMM-nin 25 illiyi münasibətilə təbrik edərək sabitliyin yaradılmasında bu xalqların böyük rolu olduğunu söyləyib.

Dövlət başçısı bildirib ki, bu gün Özbəkistanda 130-dan artıq xalq və millətin nümayəndələri əmin-amanlıq şəraitində yaşayır, ölkədə 137 milli mədəniyyət mərkəzi, 16 dini konfessiya fəaliyyət göstərir. Məktəblərdə 7 dildə dərslər keçirilir, televiziya kanallarında 12 dildə verilişlər hazırlanır, 10 dildə qəzet və jurnal dərc edilir.

Sonra dövlət başçısı BMM-ə daxil olan milli mədəniyyət mərkəzlərinin bir qrup rəhbərinə və aktiv əməkdaşlarına müvafiq mükafatlar təqdim edib.

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Əməkdar Artist Kövkəb Əliyeva da mükafat alanlar sırasındadır.

Özbəkistan Prezidenti Kövkəb Əliyevaya “Dostluq” ordeni təqdim edib, mükafat alanlara daha böyük uğurlar arzulayıb. (AZƏRTAC)

Xəbər lenti