Xəzər Xəbər

Sona Vəliyevanın kitabı Tatarıstanda təqdim olunacaq

Mədəniyyət | 14:03 • 9 Fevral 2017
Sona Vəliyevanın kitabı Tatarıstanda təqdim olunacaq

Filologiya elmləri namizədi, jurnalist-alim Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabının Tatarıstanda təqdimat mərasimi keçiriləcək.

Xezerxeber.az məlumat verir ki, təqdimat mərasimi Tatarıstanın Mədəniyyət Nazirliyi və Tatarıstan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutacaq. Fevralın 13-də keçirilməsi nəzərdə tutulan təqdimat mərasimi paytaxt Kazan şəhərində reallaşacaq. Təqdimat mərasimi zamanı iştirakçılara S.Vəliyevanın elmi və yaradıcılıq fəaliyyəti, müəllifi olduğu digər kitablar barədə də məlumat veriləcək.

Xəbər lenti