Xəzər Xəbər

Türkiyənin məşhur aktyoru vəfat edib

Mədəniyyət | 11:18 • 16 Sentyabr 2016
Türkiyənin məşhur aktyoru vəfat edib

Türkiyənin məşhur aktyoru, "Yakışıklı" kimi də tanınan Tarık Akan vəfat edib.

"Xəzər Xəbər" Türkiyə KİV-ə istinadən məlumat verir ki, onun sentyabrın 16-da vəfat etməsi haqda məlumatı Nazim Hikmət adına Mədəniyyət və İncəsənət Fondu da təsdiqləyib.

Qeyd edək ki, Tarık Akanı Azərbaycan da sənətsevərlər də yaxşı tanıyır.

O, 1949-cu il dekabrın 13-də İstanbulda dünyaya gəlib. Ailədə üç övladdan ən kiçiyi olub. Atası Yaşar Akan hərbçi kimi ölkənin bir çox bölgələrində xidmət edib.

Tarık Akan ilk dəfəf 1971-ci ildə "Solan bir yarpaq kimi" filminə çəkilib. 

Xəbər lenti