Xəzər Xəbər

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adlar verildi

Mədəniyyət | 19:36 • 22 Sentyabr 2016
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adlar verildi

Azərbaycan Prezidenti İlham Əliyev Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının aşağıdakı üzvlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar incəsənət xadimi”

Atayev Fəxrəddin Qəhrəman oğlu

“Əməkdar artist”

Əliyev Telman Adil oğlu

Əsədov Çingiz Eynulla oğlu

Qubadov Ceyhun Şahbala oğlu

Şahmuradova Nigar Oqtay qızı

Şahmuradova Viktoriya Aleksandrovna

Talıbzadə Xuraman Səmədağa qızı.

Xəbər lenti