Xəzər Xəbər

Sumqayıtda Uşaq İncəsənət Məktəbinin açılışı olub

Mədəniyyət | 12:34 • 27 Sentyabr 2016
Sumqayıtda Uşaq İncəsənət Məktəbinin açılışı olub

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib.

"Xəzər Xəbər" məlumat verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, Uşaq İncəsənət Məktəbinin binasının tikintisinə keçən ilin dekabrında başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə görülüb. Üçmərtəbəli binada 80 otaq var. Məktəb yeni avadanlıqla təmin olunub.

Qeyd edildi ki, Uşaq İncəsənət Məktəbində 226 müəllim tədrislə məşğul olacaq. Məktəbdə ümumilikdə 800-dək şagird təhsil alacaq.

Xəbər lenti