Xəzər Xəbər

Kitabxanasında 11 mindən çox nadir kitab və əlyazma saxlayır - FOTO

Mədəniyyət | 13:33 • 12 Oktyabr 2016
Kitabxanasında 11 mindən çox nadir kitab və əlyazma saxlayır - FOTO

Hacıqabulda İsayevlər ailəsinə məxsus şəxsi kitabxanada 11 mindən çox nadir kitab və əlyazma saxlanılır.

Kitabxana Əməkdar Müəllim, filoloq Hüseyn İsayevə məxsus olub. Hüseyn İsayev 1946-cı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olduğu gündən kitab toplamağa başlayıb və beləliklə, evinin bir hissəsini kitablara ayırıb. İndi isə bu kitabları onun oğlu Məhəmməd atasından yadigar saxlayır.

Kitabların bir hissəsi Qərbi Avropada çap olunub, təxminən iki əsrədək yaşları var. Şəxsi kitabxanada qədim nəşrlərlə yanaşı, dəyərli kitablar da üstünlük təşkil edir. Məhəmməd deyir ki, ən dəyərli kitab XIX əsrin məşhur azərbaycanlı şairlərindən biri - Mirzə Baxış Nadimə məxsus olan “Tarixi Mənzumə” əlyazmasıdır.

Dünyanın ayrı-ayrı dillərində, müxtəlif əlifba ilə çap olunmuş kitablar bədii, texniki cəhətlərinə görə bir-birindən fərqlənir. Kitabxanaya müraciət edənlərin sayı da hər il artmaqdadır. Onlar arasından müxtəlif bölgələrdən və elm müəssisələrindən olanlar da var.

Məhəmməd İsayev və onun ailə üzvləri bu mədəni irsi qorumaqla yanaşı, kitabların sayını da artırırlar. Kitabxananı qoruyub gələcək nəsillərə ötürmək üçün isə onun köməyə ehtiyacı var. (AZƏRTAC )

Xəbər lenti