Xəzər Xəbər

Gecələr tez-tez oyanmaq təhlükəli xəstəliyin əlaməti ola bilər

Maraqlı | 10:24 • 24 Yanvar 2021
Gecələr tez-tez oyanmaq təhlükəli xəstəliyin əlaməti ola bilər

Gecələr tez-tez oyanmaq qalxanabənzər vəzin, tənəffüs yolları və ürək-damar sistemi daxil olmaqla bir sıra orqanların işindəki problemlərlə əlaqələndirilə bilər.


Bunu somnoloq Yelena Tsareva "news.ru”ya açıqlamasında deyib.


Onun sözlərinə görə, yuxu problemləri həmçinin narahatlıq, depressiya, hətta yuxu apnesinin (yuxu zamanı tənəffüsün orta hesabla 20-30 saniyə dayanması – Red) olmasının göstəricisi ola bilər.


"Bir şeyi də qeyd etmək istərdim ki, yuxu problemləri insanda yaşa görə də yaranır. Məsələ burasındadır ki, sağlam yuxunu təmin edən melatonin hormonu yaşlılarda azalır. Bu səbəbdən yaşlı insanların çoxu oyaq yatır”./report.az

Xəbər lenti