Xəzər Xəbər

Özünüzdə hərarət, ümumi zəiflik, kataral əlamətlər hiss etdikdə evdə qalın

Maraqlı | 14:30 • 29 Noyabr 2020
Özünüzdə hərarət, ümumi zəiflik, kataral əlamətlər hiss etdikdə evdə qalın

Hazırda kəskin respirator virus infeksiyaların mövsümü artımı dövründəyik. Yeni koronavirus və digər respirator virus infeksiyalarının klinik əlamətləri o qədər oxşardır ki, bunları ayırd etmək çox çətindir və bəzən isə xüsusi laborator müayinələrsiz mümkün deyil.


Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.


Baş infeksionist  əhaliyə müraciət edib. Nazirliyin açıqladığı müraciətdə vətəndaşlara tövsiyə olunur ki, özlərində hərarət, ümumi zəiflik, kataral əlamətlər hiss etdikdə evdə qalmalı, özünü təcrid edərək telefonla sahə həkiminə müraciət etməlidirlər: "Yalnız müvafiq həkim-mütəxəssis sizi müayinə edərək düzgün qərar verə bilər. Yeni koronavirus infeksiyası təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir.


Təcrübə göstərir ki, xəstəxanalara ağır vəziyyətdə daxil olan xəstələrin böyük əksəriyyəti evdə qeyri həkim-mütəxəssislər, tibb bacıları, hətta bəzi hallarda ümumiyyətlə tibb təhsili olmayan şəxslər tərəfindən müalicə olunurlar. Həmin xəstələrin ağırlığının düzgün qiymətləndirilməməsi, müalicənin qüsurlu olması, vaxtında xəstəxanaya yerləşdirilməməsi ağır, bəzi hallarda ölümcül fəsadların inkişafına yol açır".


Mütəxəssis onu da vurğulayıb ki, evdə müalicəsinə icazə verilən yüngül xəstələrə müxtəlif antibiotik və hormonal dərmanların istifadəsi yolverilməzdir.

Xəbər lenti