Xəzər Xəbər

İndiki koronavirus əvvəlkindən daha aqressivdir SƏBƏB

Maraqlı | 10:04 • 24 Oktyabr 2020
İndiki koronavirus əvvəlkindən daha aqressivdir

Alimlər ikinci dalğa - payız koronavirus ştammının əvvəlki sələflərindən nə ilə fərqləndiyini və nə səbəbdən aqressiv olduğunu araşdırıb.


Yeni koronavirus insan hüceyrəsinə daxil olmaq üçün ikinci yol tapıb, o daha bir reseptor - neyropilin -1dən istifadə edərək qan dövranı, tənəffüs yollarına və sinir sisteminə düşür.


Elmi tədqiqatın nəticələri göstərib ki, ACE -2 reseptorlarından başqa SARS COV 2 infeksion potensialını artırmaq üçün əlavə tikə əldə edib ki, bu üstünlük EBOLA, VİÇ kimi viruslarda da olur.


Eləcə də virusda insan zülalına oxşar aminturşusu olduğu aşkarlanıb. Məhz o neyropilin 1- ilə təsirə girir.


Laboratoriya şəraitində insan hüceyrəsində olan neyropilini söndürməklə, virusun hüceyrəyə keçməsinin qarşısının alındığı izlənilib. /medicina.az

Xəbər lenti