Xəzər Xəbər

Koronavirusdan ölümcül ağırlaşmaların əsas səbəbi tapıldı

Maraqlı | 16:04 • 15 Sentyabr 2020
Koronavirusdan ölümcül ağırlaşmaların əsas səbəbi tapıldı

Belçikanın Liege Universitetinin tədqiqatçıları koronavirus infeksiyası nəticəsində ölənlərin cəsədlərini araşdırarkən onların ağ ciyərlərinin müxtəlif yerlərində çox sayda DNT tələsi tapıb. Alimlərin fikrincə, bu, ölümə aparan xəstəliyin ağır fəsadlarının başlıca amillərindən biri ola bilər.


Professor Tomas Marixal başqa bir səbəbdən ölən xəstələrin ciyərlərində DNT tələsi olmadığını qeyd edib. Professorun sözlərinə görə, əvvəlcə immunitet hüceyrələri - neytrofillər tərəfindən əmələ gəlir və bədənin ilk müdafiə xətti kimi çıxış edir. Bu hüceyrələr hüceyrə ölümünün spesifik forması olan netoz zamanı öz DNT-lərini sərbəst buraxma qabiliyyətinə sahibdir. Lakin bu prosesin həddindən artıq aktivləşməsi toxuma məhvinə səbəb olur.


Alimlər yalnız ağciyər toxumalarında və tənəffüs yollarında deyil, damarlarda da izlər tapıb. Onlar tromboza və zədələnməyə səbəb olan fibrinlə zəngin laxtalardır. Bütün bunların immun sisteminin nəzarətsiz aktivləşməsinin nəticəsi olduğu, bunun da sitokin fırtınasına səbəb olduğu müəyyən edilib.


"DNT tələlərinin həddindən artıq sərbəst buraxılması ilə mübarizə COVID-19-dan yaranan ağırlaşmaların şiddətinin azaldılmasında təsirli ola biləcək əlavə yoldur , - ekspert əlavə edib.


Hazırda mütəxəssislərin netozun ürək daxil olmaqla digər orqanlara təsiri ilə bağlı araşdırmalar apardığı qeyd olunub. Artıq bu prosesin inkişaf etmiş dərmanlarla azaldıla biləcəyi, məsələn, kistik fibrozisin müalicəsində istifadə edilə biləcəyi vurğulanıb./Publika.az

Xəbər lenti