Xəzər Xəbər

Koronavirusla mübarizədə yeni üsul şüa terapiyası

Maraqlı | 16:11 • 15 Avqust 2020
Koronavirusla mübarizədə yeni üsul

Rusiya alimlərinin fikrincə isə bu müalicə forması heyvanlar üzərində sınandıqdan sonra istifadə edilə bilər.


Alimlər koronavirusun müalicəsi üçün yeni üsul təklif ediblər.


Alimlər koronavirusu müalicə etmək üçün şüalanmadan istifadə etməyi təklif edirlər.


Məlumata görə, müalicə üsulunu eyni zamanda bir çox ölkələrin elmi kollektivləri təklif edib. Söhbət şüalanma terapiyasından gedir.



Məsələn, Kanadanın Xərçəng Mərkəzinin Tibbi Fizika şöbəsinin mütəxəssisləri müəyyən ediblər ki, aşağı dozalı rentgen şüaları pnevmoniyadan ölüm riskini 20 faiz azaldır.


Eyni zamanda bu terapiya üsulu sətəlcəmin ən kəskin dövründə ölüm hallarını iki dəfə azalda bilər.


Artıq bu metodika ABŞ-da sınaqdan keçirilib.


Araşdırmada iştirak edən 10 xəstə 12 gün əvəzinə 3 günə sağala bilib, bununla yanaşı, xəstəxanadan çıxma müddəti 20 gündən 12 günə düşüb.


Eyni zamanda, Amerika radioloqları bu müalicənin əks-təsirləri haqqında məqalə hazırlayıblar. Onların fikrincə, şüa terapiyası yalnız iltihabı azaldır, həm də koronavirusla mübarizə üçün lazım olan immun hüceyrələri öldürür.


Rusiya alimlərinin fikrincə isə bu müalicə forması heyvanlar üzərində sınandıqdan sonra istifadə edilə bilər.


"COVID-19 zamanı ağciyər toxumalarının bərpası pozulur. Radiasiya terapiyası bu prosesi yalnız ağırlaşdıra bilər. Ağciyərlərin fibrozlaşması yalnız şiddətlənər", - deyə professor Qalina Reva bildirib.

Onun sözlərinə görə, alimlər hələ də koronavirus infeksiyası barədə çox məlumatlı deyillər. Bu səbəbdən də insan bədənini sınaq meydanına çevirmək yolverilməzdir./Sputnik Azərbaycan

Xəbər lenti