Xəzər Xəbər

İkinci dalğa təşvişi: siqaret çəkmək qadağan edildi

Maraqlı | 17:35 • 13 Avqust 2020
İkinci dalğa təşvişi:

Pandemiyanın ikinci dalğasının yaşanması təşvişi olan İspaniyanın Qalisiya bölgəsində bəzi məhdudiyyətlər qüvvəyə minib.


Sosial məsafənin təmin edilməyəcəyi durumlarda ictimai məkanlarda siqaret çəkilməsinə qadağa qoyulub.


Qərar bu gündən qüvvəyə minib. Muxtar vilayətin prezidenti Alberto Nunez Feico mütəxəssislərin tövsiyələri əsasında bu addımı atdıqlarını bildirib. Onun sözlərinə görə, siqaret çəkmək yüksək infeksion risk daşıyır.


Qalisiya ilə yanaşı, Əndəlüs, Kastilla Leon və Kastilla La Manş bölgələrində də bənzər tədbirlər görüləcək.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı siqaret çəkən insanların infeksiyaya daha müdafiəsiz olduğunu və əllərin ağızla təmasına görə daha sürətli yoluxmanın baş verə biləcəyini bildirir./Publika.az

Xəbər lenti