Xəzər Xəbər

Koronavirus təkcə ağciyərləri deyil, beyni də sıradan çıxarır PROFESSORDAN AÇIQLAMA

Maraqlı | 13:10 • 13 Avqust 2020
Koronavirus təkcə ağciyərləri deyil, beyni də sıradan çıxarır

SARS-CoV-2 sadəcə tənəffüs yollarına deyil, eyni zamanda beyin və mərkəzi sinir sisteminə də zərər verir.


Bunu "Ölkənin sağlamlığı Rusiya rifahının təməlidir” adlı forumdakı çıxışında Rusiya Milli Elmlər Akademiyasının doktoru Leyla Namazova-Baranova deyib.


Onun sözlərinə görə, COVID-19 xəstəliyini ayaqüstü keçirənlərin beynində belə dəyişikliklər baş verir.


Qoxu və dad qabiliyyətinin itirilməsinin bu durumu təsdiq etdiyinə diqqət çəkən Namazova sözügedən simptomların mərkəzi sinir sisteminin zədə aldığını göstərdiyini vurğulayıb.


O, əvvəlki açıqlamalarında səhiyyə mütəxəssislərinin və elm adamlarının koronavirusun yol açdığı bir çox iflic və nevroloji xəstəlikləri müşahidə etdiklərini qeyd etmişdi.

Xəbər lenti