Xəzər Xəbər

Koronavirusun ölümcül fəsadlarının səbəbi bəlli oldu

Maraqlı | 13:44 • 11 Avqust 2020
Koronavirusun ölümcül fəsadlarının səbəbi bəlli oldu

Stokholm yaxınlığında yerləşən və dünyanın qabaqcıl tibb universitetlərindən olan Karolinska İnstitutunun tədqiqatçıları SARS-CoV-2 virusuna qarşı immunitetdə mühüm rol oynayaraq bu xəstəliyin ölümcül hallarında görülən iltihablara təkan verən hüceyrə qrupları aşkarlayıblar.


XəzərXəbər "Cell Reports Medicine”-ə istinadən xəbər verir ki, tədqiqat müəllifləri COVID-19-un ağır formasını keçirən xəstələrdən götürdükləri qan nümunələrində eozinofil deyilən ağ cisimlərin məhz ağciyərlərdə baş verən kəskin iltihab prosesi ərəfəsində daha çoxalaraq fəsadların yaranmasında mühüm rol oynadıqlarını aşkar ediblər.


Həmçinin bazofil deyilən başqa növ ağ cisimlər də xəstəliyə qarşı güclü immun müdafiəsinin yaranmasında iştirak edirlər./report

Xəbər lenti