Xəzər Xəbər

Koronavirusun müalicəsində yepyeni metoddan istifadə ediləcək

Maraqlı | 19:07 • 7 Avqust 2020
Koronavirusun müalicəsində yepyeni metoddan istifadə ediləcək

Rusiya Milli Nüvə Araşdırmaları Universitetinin (MEPhI) magistr tələbələri yeni tip koronavirus da daxil olmaqla, ağır xəstəliklərin etibarlı müalicəsi üçün xüsusi LED cihaz hazırlayıb.


Bu barədə universitetin mətbuat xidmətindən bildirilib.


Biotibbi Fizika və Mühəndislik İnstitutunda təhsil alan 3 tələbənin ərsəyə gətirdiyi cihazın təməlində fotodinamik üsul dayanıb.


Universitetin Lazer Mikro Nano və Biotexnologiya şöbəsinin professoru Viktor Losçenov məsələ ilə bağlı açıqlamasında institutda daha əvvəl sözügedən üsulun şişlərin diaqnozu və müalicəsi üçün işlənildiyini bildirib./Publika.az

Xəbər lenti