Xəzər Xəbər

Turist selfi çəkərkən tarixi heykəlin barmaqlarını sındırdı

Maraqlı | 09:59 • 3 Avqust 2020
Turist selfi çəkərkən tarixi heykəlin barmaqlarını sındırdı

Avstriyalı turist İtalyanın Possanıo muzeyində selfi çəkərkən, italyalı heykəltəraş Antonio Kanovanın (1757-1822) gipsdən hazırladığı məşhur Polin Bonapart heykəlinin barmaqlarını sındırıb.


"TASS” xəbər verir ki, bu barədə sənətşünas Vittorio Zqarbi məlumat verib.


Onun sözlərinə görə, Avstriyadan olan turist heykəlin ayaqlarının üstünə oturub və əsərin iki barmağını sındırıb. Bundan sonra, hadisə barədə heç kimə məlumat vermədən muzeydən uzaqlaşıb.


Videogörüntülər artıq polisə verilib. Heykəlin barmaqları da tapılıb və hazırda muzey bərpa işləri ilə məşğuldur./report

Xəbər lenti