Xəzər Xəbər

Abramoviç İsraildəki ən bahalı villanı satın aldı – Fantastik qiymət

Maraqlı | 12:36 • 2 İyun 2020
Abramoviç İsraildəki ən bahalı villanı satın aldı

Sahibkar Roman Abramoviç Tel-Əvivdən 15 km şimalda yerləşən Hertsliya-Pituah şəhərində yerləşən İsraildəki ən bahalı villanı 65 milyon dollara satın alıb.

Bu iddia ilə İsrailin "Globes” qəzeti çıxış edib.

Qəzet qeyd edir ki, alqı-satqı müqaviləsi 2020-ci ilin yanvarında bağlanıb. 

Nəşr xatırladır ki, evin ümumi sahəsi 2 min kvadratmetr, villanın ərazisi isə 0,9 hektardır. Sahibkar hələ 2019-cu ilin əvvəlində bu ərazini icarəyə götürüb. Elə həmin vaxt bu daşınmaz əmlakı almaq üçün razılaşma imzalayıb. Razılaşma milyarder Alan Hovardla imzalanıb. O, 2006-cı ildə Hertsliya-Pituahda 21 milyon dollara iki torpaq sahəsi alıb, sonra onları birləşdirib və villa inşa edib.

"Globes” qəzeti qeyd edir ki, bu, 2018-ci ilin mayında İsrail vətəndaşlığı almış R.Abramoviç tərəfindən alınan ilk böyük daşınmaz əmlak deyil. Belə ki, iş adamı 2015-ci ildə Tel-Əvivin cənub hissəsindəki tarixi Neve-Tsedek rayonunda 25 milyon dollara "Varsano” otel-butiki və ona bitişik olan 1,5 min kvadrat metrlik ərazini satın alıb. "Kalkalist” qəzetinin məlumatına görə isə milyarder orada şəhər villası tikmək niyyətindədir./teleqraf

Xəbər lenti