Xəzər Xəbər

Yaponiyalı həkimlər: Tibbi maskalar körpələr üçün təhlükəlidir

Maraqlı | 13:14 • 26 May 2020
Yaponiyalı həkimlər:

Tibbi maskalar iki yaşdan kiçik uşaqlar üçün təhlükəlidir.

Bu barədə Yaponiya Pediatrlar Assosiasiyasının bəyanatında deyilir.

Qeyd olunur ki, körpələrdə nəfəs yolu dar olduğu üçün tibbi maskalar nəfəs almanı çətinləşdirə bilər. Bundan başqa, körpələrdə istivurma riskini də əhəmiyyətli dərəcədə artırır.

Assosiasiya 2 yaşdan kiçik uşaqlara tibbi maska taxmamağa çağırıb./trend

Xəbər lenti