Xəzər Xəbər

Apokalipsis ABŞ-da reallaşır: 10 milyonlarla insan “ölüm-qalım” müharibəsinə başladı

Maraqlı | 18:24 • 3 Aprel 2020
Apokalipsis ABŞ-da reallaşır:
Koronavirus ABŞ-da qorxulu filmləri reallığa çevirdi.

Bu barədə "Russia Today” nəşri yazıb.

226 min nəfərin virusa yoluxduğu, 6053 nəfərin öldüyü ABŞ-da fövqəladə vəziyyət davam edir. Prezident Tramp virusdan ölənlərin 200 mini keçə biləcəyini deyir. Pentaqonun 100 min cəsəd torbası sifariş verməsi haqda məlumatlar var. Küçələr boşalıb, 10 milyonlarla insan işsizdir, dünyanın super gücü hesab olunan ölkədə insanlar ölüm-qalım mübarizəsi aparır. Bu, indiyə qədər Hollivud istehsalı olan apokalipsis filmlərinin reallığa çevrilməsidir.

"Russia Today” yazır ki, ABŞ-da Çin mənşəli vətəndaşlar digərləri tərəfindən təqib olunur: onları vurur, təhqir edir, üzlərinə tüpürürlər.

"Nyu-Yorkun məşhur "Tayms-skver” ərazisi dəhşətli filmlərin səhnəsini xatırladır. Şəhərin meri insanları virusu ciddiyə almaları üçün inandırmağa çalışır. 10 milyonlarla amerikalı vəd edilmiş maliyyə köməyini ala bilmək üçün aylarla gözləməli olacaq. Tramp virusun təhlükəsini ciddi qəbul etmədiyi üçün vaxtı uduzdu. Deyirlər evdə qal, əgər sən evsizsənsə, bu necə olacaq?! Yalnız 30 faiz insan bildirir ki, onlar yeməkdə qənaət etməklə ipoteka, yaxud ev icarəsinin pulunu ödəyə biləcəklər. Kasıb ailələrdən olan 30 milyon uşaq məktəbdə ucuz, yaxud pulsuz nahar alırdı, indi məktəblər bağlanıb və valideynlər ac uşaqlarını yedizdirmək üçün mübarizə aparır”.

Nəşr qeyd edir ki, koronavirus irqlər arasında firavanlıq balansını alt-üst edəcək, latın mənşəli olanlar, hindlilər işsiz və ac qalacaqlar.

Son iki həftədə on milyon amerikalının ilk dəfə işsizlik müavinəti almaq üçün müraciət etməsi mənzərəni anlamağa imkan verir./publika.az

Xəbər lenti